BƏƏ-dən Tehrana qarşı sərt addım: İranın milyardlarla dollarlıq aktivləri dondurulur
BƏƏ-dən Tehrana qarşı sərt addım: İranın milyardlarla dollarlıq aktivləri dondurulur
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrana qarşı tədbir olaraq İslam Respublikasının milyardlarla dollarlıq aktivlərini dondurmağı düşünür".
Bu barədə "The Wall Street Journal" özəl mənbələrə istinadən məlumat yayıb.
"BƏƏ Fars körfəzi dövlətində saxlanılan milyardlarla dollarlıq İran aktivlərini dondurmağı düşünür. Bu addım Tehranın ən vacib iqtisadi yollarından birini bağlaya bilər", - deyə nəşr bildirib.
Xəbərdə qeyd edilir ki, əgər belə bir qərar verilərsə, Tehran xarici valyutaya və qlobal ticarət şəbəkələrinə çıxışda ciddi məhdudiyyətlərlə üzləşəcək.
Xatırladaq ki, martın 5-də İran Dubayda bir qülləyə, Əbu-Dabi hava limanı yaxınlığında isə ABŞ hərbi qərargahına dron hücumları həyata keçirib. "Qüds" nəşrinin məlumatına görə, BƏƏ Müdafiə Nazirliyi Dubay və Əbu-Dabi səmasında hava hücumundan müdafiə sistemlərinin aktiv olduğunu və partlayış səslərinin eşidildiyini təsdiqləyib.







Oxşar -Yeniinfo.az
Moskva və Vaşinqton münasibətləri normallaşdırmaqdan uzaqdırlar
Bu ölkədə güclü zəlzələ oldu
ABŞ-la İran arasında nə baş verir? - Türkiyədən açıqlama
Rusiya Lukaşenkonu razı salsa, ordu hücuma keçəcək
İran hərbi əməliyyata başlaya bilər - Qalibaf
Rusiya bizim üçün bütün silahlarından istifadə edəcək
İran hərbi potensialını saxlayır - KİV
Tramp Xarkı ələ keçirməkdən buna görə imtina edibmiş