"ChatGPT" insanlara "yox" deməkdə çətinlik çəkir - TƏHLİL
"ChatGPT" insanlara "yox" deməkdə çətinlik çəkir - TƏHLİL
"The Washington Post" nəşrinin təhlilinə görə, istifadəçilərin "ChatGPT" ilə apardıqları 47 000 söhbətin araşdırılması göstərib ki, çat-bot insanların fikirləri ilə razılaşmağa, təkzib etməkdən təxminən 10 dəfə daha çox meyillidir.
17 500 halda cavablar "Bəli" və ya "Düzdür" sözləri ilə başlayıb, "Xeyr" və ya "Səhvdir" kimi cavablar isə xeyli az olub.
Məsələ ondadır ki, çat-bot tez-tez istifadəçinin tonuna və inanclarına uyğunlaşmağa meyil göstərir. Məsələn, istifadəçi "Ford Motor" şirkətinin "ABŞ-nin tənəzzülündə rolu" barədə soruşduqda, "ChatGPT" şirkəti NAFTA-nı dəstəklədiyinə görə tənqid edib.
Mütəxəssislər bu meyildən narahatdırlar, çünki söhbətlərin təxminən 10%-i emosional problemlərlə bağlıdır. "OpenAI" daha əvvəl emosional mövzulu dialoqların 3%-dən az olduğunu bildirsə də, mətbuatın təqdim etdiyi məlumatlar əksini göstərir.







Oxşar -Yeniinfo.az
Rusiyadan xəbərdarlıq: Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Türkiyə Estoniyada sursat fabriki tikir: Kimə satacaq?
Ukrayna rus ordusunu bu üç amilə görə üstələyir - General
Belarus Ukraynaya hücum edə bilərmi? - Zelenski
Rusiyaya xidmət etməmişəm, bu, məni incidir - Siyarto
“Reuters”: Pentaqon İspaniyanı NATO-dan çıxarmaq və digər müttəfiqləri cəzalandırmaq istəyir
Starmer xarici proksi hücumlarından narahatdır
İran rəhbərliyi milli birliyin sarsılmaz olduğunu bəyan edib