Çin ABŞ-nin İranla əməkdaşlıq edən ölkələrə rüsum tətbiqi qərarını tənqid edib
Çin ABŞ-nin İranla əməkdaşlıq edən ölkələrə rüsum tətbiqi qərarını tənqid edib
Çin ABŞ-nin İranla əməkdaşlıq edən bütün ölkələrə qarşı 25 faizlik rüsumlar tətbiq etmək qərarını tənqid edib.
Bu barədə Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Lyu Pengyu "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
O, həmçinin qeyd edib ki, Pekin öz maraqlarını qorumaq üçün tədbirlər görəcək:
"Tarif və ticarət müharibələrinin qalibləri olmur, məcburiyyət və təzyiq problemləri həll edə bilməz. Proteksionizm bütün tərəflərin maraqlarına zərər verir. Çin hər hansı birtərəfli sanksiyalara qətiyyətlə qarşı çıxır. Rəsmi Pekin öz qanuni hüquq və maraqlarını qorumaq üçün bütün zəruri tədbirləri görəcək".
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İranla əməkdaşlıq edən bütün ölkələrə 25 % rüsum tətbiq olunduğunu elan edib.







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf