Çin İrana ABŞ-la bağlı məlumatları necə sızdırır? - VP
Çin İrana ABŞ-la bağlı məlumatları necə sızdırır? - VP
İran müharibəsinin başlanmasından bəri sosial şəbəkələrdə – həm Qərb, həm də Çin platformalarında ABŞ bazalarındakı silahlar, aviadaşıyıcı qruplarının hərəkəti və hərbi təyyarələrin İran ərazisinə zərbələr üçün necə hazırlandığı barədə ətraflı məlumatların yer aldığı populyar paylaşımların dalğası müşahidə olunub.
Bu barədə “Vaşinqton Post” qəzeti yazıb.
Qeyd olunur ki, bu kəşfiyyat məlumatları Çin şirkətlərindən gəlir və onların bəziləri Çin Xalq Azadlıq Ordusu ilə əlaqəlidir. Bu şirkətlər süni intellekti açıq mənbələrdən əldə edilən məlumatlarla birləşdirərək, ABŞ qoşunlarının regiondakı hərəkətlərini aşkar edə biləcəyi iddia olunan məlumatları satırlar.
Nəşrdə vurğulanır ki, rəsmi Pekin İran müharibəsində birbaşa iştirakdan uzaq durmağa çalışır. Buna baxmayaraq, son beş ildə hökumətin hərbi məqsədlər üçün özəl süni intellektin istifadəsini təşviq edən təşəbbüsü çərçivəsində yaranmış bir çox Çin şirkəti bu münaqişədən qazanc əldə edir.
Jurnalistlər bildirirlər ki, ABŞ rəsmiləri və kəşfiyyat ekspertləri bu məlumatların real təhlükə yaradıb-yaratmadığı məsələsində hələlik yekdil fikirdə deyillər. Lakin onlar etiraf edirlər ki, belə kəşfiyyat məlumatlarının satışının artması təhlükəsizlik risklərinin də yüksəldiyini göstərir.
Məqalədə əlavə olunur ki, Çin hərbi-mülki inteqrasiya strategiyası çərçivəsində müdafiə sahəsində praktik tətbiqi olan süni intellekt hazırlayan özəl şirkətləri dəstəkləmək üçün yüz milyonlarla dollar sərmayə yatırıb. Bundan başqa, mart ayında Pekin daha geniş beşillik milli strategiya çərçivəsində bu sahənin inkişafını gücləndirməyi planlaşdırdığını elan edib.
Jurnalistlər qeyd edirlər ki, özəl şirkətlər uzun müddətdir açıq mənbələrdən – uçuş izləmə sistemləri, peyk görüntüləri və gəmiçilik məlumatları kimi resurslardan istifadə edirlər. Lakin Çin şirkətlərinin süni intellekt sahəsində artan imkanları bu alətləri daha da güclü edir.







Oxşar -Yeniinfo.az
Ən çox pambıq harada istehsal olunur?
ABŞ ilə İran yenidən görüşür - hər şey sülhə doğru gedir
ABŞ-ın bu addımı cinayət və təcavüzdür - Rusiya
Atəşkəs fırtınadan öncəki səssizlikdir - Ekspert
Rusiya Arktikanın bu ərazisini bağlayır - Xəbərdarlıq edildi
Helikopter qəzaya uğradı: bütün sərnişinlər öldü
Rusiya PUA-sı Rumıniyanın hava məkanına daxil oldu
Məmdani Nyu Yorku məhv edir - Tramp