Çində tabuta qoyulan 95 yaşlı qadın altı gündən sonra "dirildi"
Çində tabuta qoyulan 95 yaşlı qadın altı gündən sonra "dirildi"
Çinin Quansi bölgəsində öldüyü güman edilən 95 yaşlı Li Syufen gözlənilmədən altı gün sonra "dirilib".
Çin adətlərinə əsasən, qadının cəsədi tabuta qoyularaq yaxınlarının onunla vidalaşması üçün bir müddət evinin qarşısında saxlanılıb.
Yerli sakinlər qadını mətbəxdə yemək bişirən görüb və tabutun boş olduğunu anlayınca təşvişə düşüblər.
Syufen bildirib ki, həddindən artıq aclıq hissi ilə ayılıb və tabutun qapağını öz gücü ilə açıb.
Həkimlər qadına nəfəs almanın demək olar ki, hiss edilmədiyi nadir bir xəstəlik diaqnozu qoyublar. Yerli ənənələrə uyğun olaraq isə öldüyü güman edilən qadının bütün əşyaları artıq yandırılıb.







Oxşar -Yeniinfo.az
Rusiyadan xəbərdarlıq: Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Türkiyə Estoniyada sursat fabriki tikir: Kimə satacaq?
Ukrayna rus ordusunu bu üç amilə görə üstələyir - General
Belarus Ukraynaya hücum edə bilərmi? - Zelenski
Rusiyaya xidmət etməmişəm, bu, məni incidir - Siyarto
“Reuters”: Pentaqon İspaniyanı NATO-dan çıxarmaq və digər müttəfiqləri cəzalandırmaq istəyir
Starmer xarici proksi hücumlarından narahatdır
İran rəhbərliyi milli birliyin sarsılmaz olduğunu bəyan edib