Çinin "Geely" avtomobil istehsalçısı ABŞ bazarını hədəfləyir
Çinin "Geely" avtomobil istehsalçısı ABŞ bazarını hədəfləyir
Çinin "Geely" avtomobil istehsalçısı ABŞ bazarına daxil olmaq imkanını nəzərdən keçirir.
Bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat verib.
"Geely"nin qlobal kommunikasiyalar üzrə direktoru Aş Satkliffin sözlərinə görə, şirkət yaxın 2-3 ildə bunu elan edə bilər.
"ABŞ bazarına nə vaxt və harada daxil olacağımız bizim üçün hələ böyük sualdır", - deyə o, WSJ-ə müsahibəsində bildirib.
"Geely" elektromobillər, qoşulan hibridlər və daxili yanma mühərrikli avtomobillər istehsal edən geniş brend portfelinə sahibdir.
Digər Çin avtomobil istehsalçılarından fərqli olaraq, "Geely" İsveçdə nəzarəti altında olan "Volvo" şirkəti vasitəsilə artıq ABŞ bazarında mövcuddur. Bundan əlavə, "Waymo" ("Alphabet Inc."ə daxildir) özünün robot-taksi xidmətində "Geely" tərəfindən idarə olunan digər bir brenddən - "Zeekr" avtomobillərindən istifadə edir.
Satkliffin sözlərinə görə, "Geely"nin portfelindən olan "Zeekr" və "Lynk & Co." brendləri ABŞ bazarı üçün çox uyğun ola bilər.
O qeyd edib ki, şirkət hələ ABŞ-də istehsal yerinin axtarışı ilə məşğul olmayıb. Satkliff əlavə edib ki, mümkün variant kimi Cənubi Kaliforniyadakı "Volvo" avtomobillərinin yığılması müəssisəsi ola bilər.







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf