Cəfər Cabbarlı küçəsində daha bir bina SÖKÜLƏCƏK: Goranboyda bəzi sakinlər mənzillərindən KÖÇÜRÜLƏCƏKLƏR
Cəfər Cabbarlı küçəsində daha bir bina SÖKÜLƏCƏK: Goranboyda bəzi sakinlər mənzillərindən KÖÇÜRÜLƏCƏKLƏR
Goranboy şəhərində bloku çökən qəzalı yaşayış binası ilə yanaşı daha bir bina söküləcək.
Cəfər Cabbarlı küçəsində yerləşən qəzalı beşmərtəbəli yaşayış binasının yaxınlığındakı digər binada da qəza riski müəyyən edilib. Bu səbəbdən həmin binadakı sakinlərin də növbəti günlərdə oradan köçürülməsinə qərar verilib.
Xatırladaq ki, bir neçə gün öncə Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən 2 mənzilin döşəməsi çöküb. Bu axşam saatlarında isə blok tamam uçub. İlk hadisə zamanı 4 nəfər xəsarət alıb, zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər. Bina sakinləri daha əvvəl təxliyə olunduğundan bu gün axşam baş verən hadisə zamanı xəsarət alan olmayıb.







Oxşar -Yeniinfo.az
Barat Yusubova Minnətdarlıq və Uğur Arzuları
Şəhid Seyyid Rəşadın Əziz Xatirəsi Anıldı
Yandırılan məktəblinin son durumu açıqlandı
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filial açır
Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycandadır
Ağcabədidə ağır qəza: ölən var
Bakıda bu küçə və prospektlər təmir edildi
Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək