Cəlilabadda 85 yaşlı kişi yanaraq öldü
Cəlilabadda 85 yaşlı kişi yanaraq öldü
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonu, Maşlıq kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 50 kv.m olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları və ümumi sahəsi 15 kv.m olan talvarın taxta atmaları yanıb. Yanğın yerinin müayinəsi zamanı 1941-ci il təvəllüdlü Bəhram Bayrı oğlu Narıyevin meyiti aşkar edilib.
Yaxınlıqda yerləşən tikililər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.







Oxşar -Yeniinfo.az
Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı
Corciya Meloni Bakıya səfərə hazırlaşır
Bu çay ürəyi qoruyur, stressi azaldır
Ceyhun Bayramov Tailanda getdi
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü
Kürdəmirdə dəmiryol stansiyası fəaliyyətə başladı