Cənubi Çin dənizində ABŞ-yə məxsus döyüş təyyarəsi və helikopter qəzaya uğrayıb
Cənubi Çin dənizində ABŞ-yə məxsus döyüş təyyarəsi və helikopter qəzaya uğrayıb
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter və döyüş təyyarəsi Cənubi Çin dənizində iki insident nəticəsində qəzaya uğrayıb.
Bu barədə ABŞ-nin Sakit Okean Donanması sosial şəbəkədə məlumat yayıb.
Qeyd olunub ki, 26 oktyabr yerli vaxtla saat 14:45 radələrində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "MH-60R Sea Hawk" helikopteri "USS Nimitz" təyyarədaşıyan gəmisindən adi əməliyyatlar apararkən Cənubi Çin dənizində qəzaya uğrayıb. Bu hadisədən sonra saat 15:15-də "F/A-18F Super Hornet" döyüş təyyarəsi də qəzaya uğrayıb.
Helikopterin və döyüş təyyarəsinin ekipaj üzvləri uğurla katapult ediliblər. Qeyd olunub ki, bütün hərbçilər təhlükəsiz ərazidədirlər və vəziyyətləri stabildir. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..