Cənubi Koreya Pxenyana qarşı radio təbliğatını dayandırdı
Cənubi Koreya Pxenyana qarşı radio təbliğatını dayandırdı
Cənubi Koreya Şimala Koreyaya qarşı radio təbliğatını dayandırıb.
Seul son 15 ildə ilk dəfə belə addım həyata keçirib. Müdafiə Nazirliyinin məlumatına görə, Şimalla hərbi gərginliyin azaldılması istiqamətində həyata keçirilən səylər çərçivəsində "Azadlıq səsi"nin yayımı dayandırılıb. Məlumata görə, bundan əvvəl verilişlərdə pop mahnıları ilə yanaşı, Şimali Koreya haqqında xəbərlər də yer alırdı. Pxenyanın Ukraynaya qarşı Rusiyaya qoşun yeritməsi kimi məlumatlar da radio vasitəsilə açıqlanıb.
Qeyd edək ki, radio proqramı 2010-cu ildə Şimali Koreyanın Cənubi Koreya ordusuna məxsus "Çeonan" hərbi gəmisinin batırılmasında iştirakı ilə bağlı iddialardan sonra bərpa edilmişdi.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..