Danimarka Baş naziri Trampı Qrenlandiya ilə bağlı təhdidlərə son qoymağa çağırıb
Danimarka Baş naziri Trampı Qrenlandiya ilə bağlı təhdidlərə son qoymağa çağırıb
Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ prezidenti Donald Trampı Qrenlandiyanın ələ keçirilməsi ilə bağlı təhdidlərə son qoymağa çağırıb.
"Reuters"ə istinadən xəbər verir ki, bu çağırış Trampın "The Atlantic" jurnalına müsahibəsində Qrenlandiya mövzusuna yenidən toxunmasından sonra səsləndirilib.
Frederiksen bildirib ki, Qrenlandiyanın ABŞ tərəfindən ələ keçirilməsinin zəruriliyi barədə danışmaq tamamilə mənasızdır.
Onun sözlərinə görə, ABŞ-ın Danimarka Krallığının tərkibinə daxil olan üç ölkədən heç birini anneksiya etmək hüququ yoxdur.
Baş nazir vurğulayıb ki, ABŞ tarixən yaxın müttəfiqinə, eləcə də özlərinin satılmadığını açıq şəkildə bəyan etmiş başqa bir ölkəyə və xalqa qarşı təhdidlərə son qoymalıdır.







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf