Dekabrın 30-da gözlənilən hava şəraiti
Dekabrın 30-da gözlənilən hava şəraiti
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olacaq.
Havanın temperaturu gecə 0-3° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütununda 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Gündüz əsasən yağmursuz keçəcək. Gecə və səhər duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° şaxta, bəzi yerlərdə 2°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 7-10° şaxta, yüksək dağlıq ərazilərdə 11-15° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.







Oxşar -Yeniinfo.az
Aprelin 24-də gözlənilən hava şəraiti
Aprelin 23-də gözlənilən hava şəraiti
Aprelin 22-də gözlənilən hava şəraiti
Aprelin 21-də gözlənilən hava şəraiti
Aprelin 20-də gözlənilən hava şəraiti
Aprelin 19-da gözlənilən hava şəraiti
Aprelin 18-də gözlənilən hava şəraiti
Aprelin 17-də gözlənilən hava şəraiti