Donald Tramp Viktor Orbana dəstəyini ifadə etdi
Donald Tramp Viktor Orbana dəstəyini ifadə etdi
ABŞ Prezidenti Donald Tramp Macarıstanın Baş naziri Viktor Orbana dəstəyini bildirib.
"Truth Social" platformasındakı paylaşımda amerikalı siyasətçi baş naziri "əsl dost, döyüşçü və qalib" adlandırıb.
D.Trampın sözlərinə görə, Orban "ölkəsinin rifahı üçün müstəsna nəticələr əldə etməyi" bacarıb.
Ağ Ev rəhbəri vurğulayıb ki, Macarıstan və ABŞ arasında ikitərəfli münasibətlər onun administrasiyası dövründə keyfiyyətcə yeni səviyyəyə çatıb və bu, əsasən Orbanın sayəsində mümkün olub.
Qeyd edək ki, aprelin 12-də Macarıstanda parlament seçkisinin keçirilməsi planlaşdırılır.







Oxşar -Yeniinfo.az
Moskva və Vaşinqton münasibətləri normallaşdırmaqdan uzaqdırlar
Bu ölkədə güclü zəlzələ oldu
ABŞ-la İran arasında nə baş verir? - Türkiyədən açıqlama
Rusiya Lukaşenkonu razı salsa, ordu hücuma keçəcək
İran hərbi əməliyyata başlaya bilər - Qalibaf
Rusiya bizim üçün bütün silahlarından istifadə edəcək
İran hərbi potensialını saxlayır - KİV
Tramp Xarkı ələ keçirməkdən buna görə imtina edibmiş