Dünyanın ən ağıllı süni intellekti təqdim edildi
Dünyanın ən ağıllı süni intellekti təqdim edildi
"Google" öz çatbotunun yeni versiyası olan "Gemini 3"ü təqdim edib.
Təqdimat videoçarxı şirkətin "YouTube" kanalında yayımlanıb.
Texnologiya nəhəngi yeni süni intellektini dünyanın ən ağıllı multimodal platforması adlandırıb. Məlumata görə, o bir çox kateqoriyada rəqiblərini xeyli üstələyib.
"Gemini 3" internetdəki demək olar ki, istənilən məlumatı emal edə bilər: Mətndən şəkillərə, videolara və audio fayllara qədər.
Tərtibatçılar qeyd edirlər ki, yeni model müxtəlif suallara daha dəqiq cavablar verə bilir və insanlara gündəlik həyatlarını planlaşdırmağa kömək edir.
"Gemini 3"ün "DeepThink" versiyası ən böyük irəliləyiş göstərib. Bu rejimdə neyron şəbəkəsi sorğuları daha dərin şəkildə təhlil edir və testlərdə, elmi məqalələrdə və digər riyazi hesablamalarda effektiv nəticələr təqdim edir.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..