Dünyanın ən böyük avtomobil təhlükəsizliyi mərkəzi açıldı: Beş Ginnes rekordu qırdı
Dünyanın ən böyük avtomobil təhlükəsizliyi mərkəzi açıldı: Beş Ginnes rekordu qırdı
Çinin "Geely" şirkəti avtomobillərin təhlükəsizlik sınaqlarının aparılması üçün yeni mərkəz istifadəyə verib.
"CarNewsChina"ya istinadən xəbər verir ki, yeni yaradılan bu mərkəz açılışı ilə beş nominasiya üzrə Ginnesin Dünya Rekordları Kitabına daxil edilib.
"Geely"nin yeni sınaq mərkəzi 27 müxtəlif sınaq növü ilə ən çox test imkanına malik avtomobil təhlükəsizliyi laboratoriyası, həmçinin 82 min kvadratmetr sahəsi ilə ərazisinə görə ən böyük avtomobil təhlükəsizliyi laboratoriyası kimi qeydə alınıb.
Mərkəzdə, həmçinin ən uzun qapalı qəza testi yolu (293 metr), ən böyük təsadüfi bucaqlı qəza testi sahəsi (12 700 kvadrat metr) və iqlim simulyasiya imkanlarına malik ən uzun külək tuneli (28 500 kvadrat metr) mövcuddur.
"Geely" gələcəkdə öz sınaq mərkəzini digər istehsalçılara da təklif etməyi planlaşdırır.







Oxşar -Yeniinfo.az
Rusiyadan xəbərdarlıq: Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Türkiyə Estoniyada sursat fabriki tikir: Kimə satacaq?
Ukrayna rus ordusunu bu üç amilə görə üstələyir - General
Belarus Ukraynaya hücum edə bilərmi? - Zelenski
Rusiyaya xidmət etməmişəm, bu, məni incidir - Siyarto
“Reuters”: Pentaqon İspaniyanı NATO-dan çıxarmaq və digər müttəfiqləri cəzalandırmaq istəyir
Starmer xarici proksi hücumlarından narahatdır
İran rəhbərliyi milli birliyin sarsılmaz olduğunu bəyan edib