Dünyanın ən gözəl paytaxtı açıqlandı
Dünyanın ən gözəl paytaxtı açıqlandı
Maltanın paytaxtı Valletta "Readers Choice Awards - 2025" reytinqində Paris, Afina və Lissabon kimi turizm nəhənglərini geridə qoyaraq birinci yeri tutub.
Şəhər "Condé Nast Traveller" jurnalı tərəfindən dünyanın ən gözəl paytaxtı seçilib.
Jurnalın 182 mindən çox oxucusu səs verərək şəhərin mədəniyyətini, mətbəxini və qonaqpərvərliyini yüksək qiymətləndirib.
Valletta 100 baldan 97,33 bal toplayıb. Sahəsi bir kvadrat kilometrdən az olan şəhər barokko üslubundakı sarayları, qədim istehkamları, kilsələri və dar küçələri ilə əsl açıq səma altında muzeydir. Valletta 16-cı əsrdə Osmanlı tərəfindən mühasirəyə alındıqdan sonra Malta Cəngavərləri tərəfindən qurulub və 1980-ci ildən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..