Dəm qazından zəhərlənən uşaqlardan ikisi evə buraxıldı
Dəm qazından zəhərlənən uşaqlardan ikisi evə buraxıldı
Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən iki uşaq xəstəxanadan evə buraxılıb, digərlərinin vəziyyəti ağırdır.
Bu barədə Modern.az Yeni info.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında iki nəfərin müalicəsi davam etdirilir. Onların vəziyyəti orta ağır qiymətləndirilir.
Yoluxucu xəstəliklər şöbəsində müalicəsi davam etdirilən iki nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.
Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən bir nəfərin vəziyyəti isə ağır stabil qiymətləndirilir.
Qeyd edək ki, aprelin 1-i Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan, aprelin 3-də 2 yaşlı qız ölüb.







Oxşar -Yeniinfo.az
Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı
Corciya Meloni Bakıya səfərə hazırlaşır
Bu çay ürəyi qoruyur, stressi azaldır
Ceyhun Bayramov Tailanda getdi
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü
Kürdəmirdə dəmiryol stansiyası fəaliyyətə başladı