Erməni prezident müsəlman liderlərlə nələrdən danışdı
Erməni prezident müsəlman liderlərlə nələrdən danışdı
Türkmənistanın daimi neytrallığının 30-cu ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində Ermənistan prezidenti Vahan Xaçaturyan iştirakçı ölkələrin liderləri ilə danışıqlar aparıb.
Erməni prezident İran prezidenti Məsud Pezeşkyan, İraq prezidenti Əbdül Lətif Camal Rəşid, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Tacikistan prezidenti Emoməli Rəhmon, Qırğızıstan prezidenti Sadir Japarov və digər həmkarları ilə danışıqlar aparıb.
Prezidentlər regional və geosiyasi layihələrin tam şəkildə həyata keçirilməsi, sülh quruculuğu və qlobal problemlərin həlli yolları və vasitələri üçün birgə səylərin əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.
Qlobal problemlərə ortaq həll yolları tapmaq üçün bu cür tədbirlərin və platformaların təklif etdiyi imkanlardan istifadənin vacibliyi vurğulanıb.







Oxşar -Yeniinfo.az
Rusiyadan xəbərdarlıq: Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Türkiyə Estoniyada sursat fabriki tikir: Kimə satacaq?
Ukrayna rus ordusunu bu üç amilə görə üstələyir - General
Belarus Ukraynaya hücum edə bilərmi? - Zelenski
Rusiyaya xidmət etməmişəm, bu, məni incidir - Siyarto
“Reuters”: Pentaqon İspaniyanı NATO-dan çıxarmaq və digər müttəfiqləri cəzalandırmaq istəyir
Starmer xarici proksi hücumlarından narahatdır
İran rəhbərliyi milli birliyin sarsılmaz olduğunu bəyan edib