Estoniya Rusiya və Latviya ilə sərhədlər boyunca uçuş qadağasını uzadıb
Estoniya Rusiya və Latviya ilə sərhədlər boyunca uçuş qadağasını uzadıb
Estoniya hakimiyyəti Rusiya və Latviya ilə sərhədlər boyunca 1 km-ə qədər hündürlükdə axşam və gecə saatlarında uçuşlara tətbiq edilən qadağanı oktyabrın 23-ə qədər uzadıb.
Bunu ölkənin hava hərəkətinə nəzarət xidmətlərindəki mənbə bildirib.
Qadağa 19 sentyabrda qüvvəyə minib və əvvəlcə sentyabrın 30-a qədər nəzərdə tutulmuşdu.
"Müəyyən olunmuş vaxtlarda bütün hava vasitələrinin, o cümlədən pilotsuz uçuş aparatlarının polis və sərhəd xidmətindən xüsusi icazə olmadan həmin ərazidə uçması qadağandır", - mənbə deyib.
Məlumata görə, məhdudiyyət hər gün saat 17:00-dan (Bakı vaxtı ilə saat 21:00) 04:00-dək (Bakı vaxtı ilə 08:00) qüvvədə olacaq.
Qeyd edək ki, bundan əvvəl qonşu Latviya da ölkə sərhədləri, o cümlədən Rusiya və Belarusla sərhədlər üzərində hava məkanını gecə saatlarında bağlamaq qərarına gəlib. Burada söhbət 6 km-ə qədər hündürlükdə uçuşlardan gedir.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..