Faberjenin "Qış yumurtası" rekord qiymətə satıldı
Faberjenin "Qış yumurtası" rekord qiymətə satıldı
Rusiya imperatoru II Nikolayın kolleksiyasından Faberjenin "Qış yumurtası" Londonda 19,5 milyon funt sterlinqə (25,7 milyon dollar) satılıb və bu növ zərgərlik əşyası üçün yeni rekord müəyyənləşdirib.
Bu barədə "Christie's"də keçirilən satışdan sonra hərrac mütəxəssisi Yu Ge Van məlumat verib.
O əlavə edib ki, komissiya da daxil olmaqla, alıcı əşya üçün 22,9 milyon funt sterlinq (30,2 milyon dollar) ödəyəcək.
Qeyd edək ki, "Qış yumurtası" II Nikolayın anası, imperatriça Mariya Feodorovnaya 1913-cü il Pasxa bayramı üçün hədiyyə edilib. Yumurtanın gövdəsi qaya büllurundan hazırlanıb, içərisi brilyantlarla bəzədilib.







Oxşar -Yeniinfo.az
Rusiyadan xəbərdarlıq: Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Türkiyə Estoniyada sursat fabriki tikir: Kimə satacaq?
Ukrayna rus ordusunu bu üç amilə görə üstələyir - General
Belarus Ukraynaya hücum edə bilərmi? - Zelenski
Rusiyaya xidmət etməmişəm, bu, məni incidir - Siyarto
“Reuters”: Pentaqon İspaniyanı NATO-dan çıxarmaq və digər müttəfiqləri cəzalandırmaq istəyir
Starmer xarici proksi hücumlarından narahatdır
İran rəhbərliyi milli birliyin sarsılmaz olduğunu bəyan edib