Fazil Mustafa: İrəvan qazılığının bərpası Qərbi Azərbaycana qayıdış strategiyasının önəmli həlqələrindəndir.
Fazil Mustafa: İrəvan qazılığının bərpası Qərbi Azərbaycana qayıdış strategiyasının önəmli həlqələrindəndir.
İrəvan qazılığının bərpa olunması Qərbi Azərbaycana qayıdış strategiyasının ən önəmli həlqələrindən biridir.
Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü plenar iclasında deyib.
O qeyd edib ki, bu addım gələcəkdə Azərbaycanın ora qayıdan insanları üçün ciddi perspektiv vəd edir.
Komitə sədri çıxışı zamanı Azərbaycanda narkotiklə mübarizə haqqında məsələyə də toxunub. O xatırladıb ki, Yasamal rayonunda sakinlər kameraların köməyi ilə narkotik maddə dövriyyəsinin aşkarlanmasına kömək etdilər:
“Bu, çox təqdirəlayiq addımdır. İnsanlar prosesə qoşulmasalar, Azərbaycanı narkotik bəlasından qurtara bilməyəcəyik. Lakin həmin şəxslərin həbs edilməsinin də tərəfdarı deyiləm. Həbsxanaları bu kateqoriyadan olan insanlarla doldurmaq oradakı insanların da həyatını riskə atır. Bu cür şəxslər mütləq müalicə və reabilitasiyaya cəlb edilməlidir. İlk növbədə, məktəblərin ətrafında ola biləcək satış mexanizmlərini ortaya çıxarıb, qarşısını almaq vacibdir”.







Oxşar -Yeniinfo.az
Ağdama daha 110 ailə yola salındı
Qaradağda torpaq uçqunu nəticəsində bir nəfər ölüb, bir nəfər xilas edilib
Qızılın qiymətli 4700 dollardan aşağı enib
Bakıda mənzildən meyit tapılıb
ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
Sinif yoldaşının yandırdığı şagirdin durumu açıqlandı
Tıxac səngimir: sürücülər saatlarla yollarda
Rayonlarda sənədsiz tikililərin söküntüsünə başlanıldı