Finlandiya Ukraynaya yeni hərbi yardım paketi ayırıb
Finlandiya Ukraynaya yeni hərbi yardım paketi ayırıb
Finlandiya Ukraynaya dəyəri təxminən 43 milyon avro olan 32-ci hərbi yardım paketini ayırır.
Bu barədə Finlandiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Müvafiq qərar ölkə prezidenti Aleksandr Stubb tərəfindən hökumətin təklifi əsasında qəbul edilib.
Məlumata görə, yeni yardım paketi çərçivəsində xüsusi proqram əsasında alınmış Finlandiyanın müdafiə sənayesi müəssisələrinin istehsalı olan hərbi məhsullar Ukraynaya göndəriləcək.
Qeyd edilib ki, indiyədək Finlandiyanın Ukraynaya təqdim etdiyi hərbi texnikanın ümumi dəyəri 3,2 milyard avroya çatıb.







Oxşar -Yeniinfo.az
Moskva və Vaşinqton münasibətləri normallaşdırmaqdan uzaqdırlar
Bu ölkədə güclü zəlzələ oldu
ABŞ-la İran arasında nə baş verir? - Türkiyədən açıqlama
Rusiya Lukaşenkonu razı salsa, ordu hücuma keçəcək
İran hərbi əməliyyata başlaya bilər - Qalibaf
Rusiya bizim üçün bütün silahlarından istifadə edəcək
İran hərbi potensialını saxlayır - KİV
Tramp Xarkı ələ keçirməkdən buna görə imtina edibmiş