Fransa Ukraynaya “Rafale” qırıcılarını verə bilər
Fransa Ukraynaya “Rafale” qırıcılarını verə bilər
Fransa prezidenti Emmanuel Makron “Rafale” qırıcı təyyarələrinin Kiyevə təhvil veriləcəyini açıqlaya bilər.
Bu barədə "Vətənpərvərlər" partiyasının lideri Florian Filippot sosial media hesabında məlumat verib.
O, Ukrayna prezidenti Volodimir Zelenskinin Fransa lideri ilə danışıqlar aparmaq üçün 17 noyabrda Fransaya gələcəyini xatırladıb.
"Bu münasibətlə Fransa Ukraynaya “Rafale” təyyarələrinin təhvil veriləcəyini elan edə bilər! Bu, çox narahatedici və baha başa gələn bir presedent olacaq", - Filippot yazıb.
Qeyd edək ki, siyasətçi Makronu Ukraynadakı korrupsiya qalmaqalına reaksiya verməyə və Zelenskinin Fransaya səfərini ləğv etməyə çağırıb.







Oxşar -Yeniinfo.az
Rusiyadan xəbərdarlıq: Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Türkiyə Estoniyada sursat fabriki tikir: Kimə satacaq?
Ukrayna rus ordusunu bu üç amilə görə üstələyir - General
Belarus Ukraynaya hücum edə bilərmi? - Zelenski
Rusiyaya xidmət etməmişəm, bu, məni incidir - Siyarto
“Reuters”: Pentaqon İspaniyanı NATO-dan çıxarmaq və digər müttəfiqləri cəzalandırmaq istəyir
Starmer xarici proksi hücumlarından narahatdır
İran rəhbərliyi milli birliyin sarsılmaz olduğunu bəyan edib