Fransa və Ukrayna birgə PUA istehsal edəcək
Fransa və Ukrayna birgə PUA istehsal edəcək
Fransa və Ukrayna pilotsuz uçuş aparatları (PUA) və digər müdafiə texnologiyalarının birgə hazırlanması məqsədilə niyyət məktubu imzalayıblar.
Bu barədə Fransanın Silahlı Qüvvələr naziri Ketrin Votren Kiyevə səfərindən sonra açıqlama verib.
Nazirin sözlərinə görə, sənəd Ukraynanın müdafiə naziri Mixaylo Fedorov ilə imzalanıb və əsasən dronlar, eləcə də məlumatların emalı sahəsində innovativ müdafiə həllərinin birgə hazırlanması və tətbiqini nəzərdə tutur.
Ketrin Votren həmçinin Ukraynada döyüş dronları istehsal edən zavoda baş çəkdiyini bildirib. Onun Kiyevə səfərində vitse-admiral Jak Fayard da daxil olmaqla, yüksək rütbəli Fransa hərbi zabitləri müşayiət ediblər.
Qeyd edək ki, Rusiya tərəfi dəfələrlə Ukraynaya silah göndərilməsinin münaqişəni yalnız uzadacağı barədə xəbərdarlıq edib.







Oxşar -Yeniinfo.az
Moskva və Vaşinqton münasibətləri normallaşdırmaqdan uzaqdırlar
Bu ölkədə güclü zəlzələ oldu
ABŞ-la İran arasında nə baş verir? - Türkiyədən açıqlama
Rusiya Lukaşenkonu razı salsa, ordu hücuma keçəcək
İran hərbi əməliyyata başlaya bilər - Qalibaf
Rusiya bizim üçün bütün silahlarından istifadə edəcək
İran hərbi potensialını saxlayır - KİV
Tramp Xarkı ələ keçirməkdən buna görə imtina edibmiş