FT: İran silah alışı üçün kriptovalyuta ilə ödəniş təklif edir
FT: İran silah alışı üçün kriptovalyuta ilə ödəniş təklif edir
İran xarici hökumətlərə ballistik raketlər, pilotsuz uçuş aparatları (PUA) və hərbi gəmilər də daxil olmaqla, qabaqcıl silah sistemlərini kriptovalyuta ilə almağı təklif edir. Tehran bu rəqəmsal aktivlərdən istifadə etməklə, Qərbin maliyyə məhdudiyyətlərindən yan keçməyə çalışır.
Bu barədə "The Financial Times" qəzetinin məqaləsində deyilir.
Qeyd olunur ki, İran Müdafiə Nazirliyinin "Mindex" kimi tanınan İxrac Əməliyyatları Mərkəzi ödənişi rəqəmsal valyutalarla, həmçinin barter sövdələşmələri və İran rialı ilə nəzərdə tutan hərbi müqavilələri müzakirə etməyə hazır olduğunu bəyan edir. Nəşrin təhlil etdiyi reklam materialları və ödəniş şərtləri bunu sübut edir.
Son bir il ərzində ortaya çıxan bu təklif, görünür, bir dövlətin strateji hərbi texnika ixracı üçün ödəniş qismində kriptovalyuta qəbul etməyə hazır olduğunu açıq şəkildə bəyan etdiyi ilk məlum hallardan biridir.
İranın müdafiə məhsullarının xarici satışına cavabdeh olan dövlət qurumu - "Mindex"in 35 ölkə ilə əməkdaşlıq etdiyini iddia olunur və tərkibinə "Emad" ballistik raketləri, "Shahed" dronları, "Şəhid Süleymani" sinfinə məxsus hərbi gəmilər və qısamənzilli hava hücumundan müdafiə (HHM) sistemləri daxil olan silah kataloqunu reklam edir.







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf