"Gelandewagen"in Dubay variantı təqdim edildi
"Gelandewagen"in Dubay variantı təqdim edildi
BƏƏ-nin Dubay şəhərində yerləşən "Venuum" tüninq studiyası yeni layihəsi - "Mercedes-AMG G63" üçün modifikasiya dəstinin şəkillərini yayımlayıb.
Tüninqdən sonra avtomobil "Mastodon" adlandırılıb.
Bu "Mastodon"lardan yalnız 50-si istehsal olunacaq. Layihənin dəyəri açıqlanmayıb.
Avtomobilin görünüşündə ən nəzərəçarpan dəyişiklik yeni faralardır. Tünerlər standart dəyirmi faraları xüsusi hazırlanmış korpuslarda yerləşdirilmiş düzbucaqlı faralarla əvəz ediblər. Avtomobilin ön hissəsi nəhəng hava girişləri və alternativ bamper, eləcə də studiyanın loqosu ilə fərqlənən radiator barmaqlığı ilə bəzədilib.
Arxa işıqlar da dəyişdirilib, tavana işıq zolağı və spoyler əlavə olunub. Salon yeni dəri ilə üzlənib və qeyri-adi naxışlarla bəzədilib.







Oxşar -Yeniinfo.az
Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı
Corciya Meloni Bakıya səfərə hazırlaşır
Bu çay ürəyi qoruyur, stressi azaldır
Ceyhun Bayramov Tailanda getdi
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü
Kürdəmirdə dəmiryol stansiyası fəaliyyətə başladı