Gizli şəkildə Arktikada Rusiya ilə müharibəyə hazırlıq gedir
Gizli şəkildə Arktikada Rusiya ilə müharibəyə hazırlıq gedir
Norveçdə “Vikinqlər” düşərgəsində Avropa hərbçiləri Rusiya ilə mümkün münaqişəyə hazırlaşırlar.
Bu barədə “Politiko” nəşri yazıb.
Qeyd olunur ki, Böyük Britaniya hərbçiləri üçün nəzərdə tutulmuş bu təlim düşərgəsi Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra — 2023-cü ildə açılıb. Gözlənilir ki, bu yaz hərbçilərin sayı 1500 nəfərə çatacaq, gələn il isə 2000 nəfər olacaq. Təlimlər NATO-nun kollektiv müdafiə haqqında 5-ci maddəsinin aktivləşdirilməsi halında qoşunların yerinə yetirəcəyi missiyaları imitasiya edir.
Norveçin XİN rəhbəri isə qeyd edib ki, Arktikanın onun ölkəsinə aid hissəsi üçün risk daha birbaşa xarakter daşıyır:
“Şərq sərhədimizin o tayında Kola yarımadası və Murmansk yerləşir. Bu regionda dünyada ən böyük nüvə silahı cəmləşməsi mövcuddur və xüsusilə Rusiyanın cavab zərbəsi potensialı məhz oradadır. Onlara açıq okeana çıxış lazımdır, lakin müharibə şəraitində biz onların bu çıxışa malik olmasını istəmirik”.







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf