"Gör, qadınlar nə əziyyət çəkirlər!" - Avtobus zolaqları tıxac yaradır?
"Gör, qadınlar nə əziyyət çəkirlər!" - Avtobus zolaqları tıxac yaradır?
Bakıdan Sumqayıt istiqamətinə yeni avtobus zolağı çəkilməsinə baxmayaraq, sərnişinlər hələ də avtobusların azlığından və nəticədə yaranan sıxlıqdan şikayətçidirlər.
Sərnişinlərin sözlərinə görə, zolaq çəkilsə də, problem tam aradan qalxmayıb və onlar hələ də nəqliyyatda əvvəlki çətinliklərlə üzləşirlər:
"Kameranı o tərəfə çevirsən, görəcəksən qadınlar necə əziyyət çəkirlər. Kişiləri qoy qırağa. Basabasdır, marşruta girmək olmur. Marşrutda sürücülər də camaata qarşı çox aqressivdir".
Vətəndaşlar avtobusların sayının artırılmasını və xüsusilə pik saatlarda sərnişin sıxlığının aradan qaldırılmasını tələb edirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, avtobuslara üstünlüyün təmin edilməsi məqsədilə xüsusi zolaqların çəkilməsi məhz tıxac olan küçələrdə vacibdir.







Oxşar -Yeniinfo.az
Barat Yusubova Minnətdarlıq və Uğur Arzuları
Şəhid Seyyid Rəşadın Əziz Xatirəsi Anıldı
Yandırılan məktəblinin son durumu açıqlandı
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filial açır
Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycandadır
Ağcabədidə ağır qəza: ölən var
Bakıda bu küçə və prospektlər təmir edildi
Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək