Goranboyda qəza: xəsarət alan var
Goranboyda qəza: xəsarət alan var
Goranboyda yük və minik avtomobili toqquşub.
Hadisə Goranboy-Ağcakənd yolunun rayonun Meşəli kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub.
Qəza zamanı minik maşınının sürücüsü 2002-ci il təvəllüdlü T.Quliyev xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Fakt üzrə araşdırma aparılır.







Oxşar -Yeniinfo.az
Yandırılan məktəblinin son durumu açıqlandı
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filial açır
Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycandadır
Ağcabədidə ağır qəza: ölən var
Bakıda bu küçə və prospektlər təmir edildi
Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək
Hər gün yumurta yemək olarmı?
Ağdama daha 92 ailə yola salındı