Günəşdəki bütün ləkələr yoxa çıxıb
Günəşdəki bütün ləkələr yoxa çıxıb
Günəşin Yerə tərəf yönəlmiş hissəsində heç bir ləkə müşahidə olunmur.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun nəzdində fəaliyyət göstərən Günəş astronomiyası laboratoriyası "Telegram" kanalında məlumat yayıb.
Alimlərin sözlərinə görə, Günəşi sonuncu dəfə tamamilə ləkəsiz vəziyyətdə 11 dekabr 2021-ci ildə müşahidə etmək mümkün olmuşdu.
Mütəxəssislər qeyd edirlər ki, ləkələrin tam yoxa çıxması yalnız son dərəcə aşağı aktivlik dövründə, adətən Günəş minimumu illərində baş verir.
Günəş ləkələri onun səthinin demək olar ki, ayrılmaz hissəsidir və maqnit sahəsi ilə bağlıdır. Səthin tünd sahələri maqnit axınının ən yüksək konsentrasiyada olduğu yerlərdə yaranır.







Oxşar -Yeniinfo.az
Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı
Corciya Meloni Bakıya səfərə hazırlaşır
Bu çay ürəyi qoruyur, stressi azaldır
Ceyhun Bayramov Tailanda getdi
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü
Kürdəmirdə dəmiryol stansiyası fəaliyyətə başladı