Gürcüstan Aİ-dən üzr istəməyi tələb edib
Gürcüstan Aİ-dən üzr istəməyi tələb edib
Gürcüstan ölkə hökumətinin 2024-cü ilin sonlarında etirazları dağıtmaq üçün vətəndaşlarına qarşı kimyəvi silah istifadə etməsi barədə iddialarına görə Avropa İttifaqından rəsmi olaraq üzr istəməsini tələb edir.
Bunu jurnalistlərə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
"Bir neçə gün keçib və kimyəvi maddələrlə bağlı ifadələrin yalan olduğu təsdiqlənib. İndi görəsən, Avropa Komissiyasının sözçüsü, Avropa Parlamentinin üzvləri və ölkəmizə hücum edən muzdlu QHT-lər üzr istəməyi planlaşdırırlarmı? Qoy Brüssel və onun muzdlu QHT-ləri üzr istəsinlər", - deyə Papuaşvili bildirib.
Parlamentin spikeri hadisələri Gürcüstana qarşı hibrid müharibə adlandırıb.







Oxşar -Yeniinfo.az
Rusiyadan xəbərdarlıq: Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Türkiyə Estoniyada sursat fabriki tikir: Kimə satacaq?
Ukrayna rus ordusunu bu üç amilə görə üstələyir - General
Belarus Ukraynaya hücum edə bilərmi? - Zelenski
Rusiyaya xidmət etməmişəm, bu, məni incidir - Siyarto
“Reuters”: Pentaqon İspaniyanı NATO-dan çıxarmaq və digər müttəfiqləri cəzalandırmaq istəyir
Starmer xarici proksi hücumlarından narahatdır
İran rəhbərliyi milli birliyin sarsılmaz olduğunu bəyan edib