Gələn il Bakıda Müsəlman Ağsaqqalları Şurasının Zirvə toplantısı keçiriləcək.
Gələn il Bakıda Müsəlman Ağsaqqalları Şurasının Zirvə toplantısı keçiriləcək
İyunun 2-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib.
Bildirilib ki, şeyxülislam Baş katiblə yenidən görüşməkdən məmnunluğunu bildirib, Əl-Əzhəri Şərifin Şeyxi, Böyük İmam Əhməd ət-Tayyibin rəhbərlik etdiyi Müsəlman Ağsaqqalları Şurasının İslam aləmində birliyin təmin olunması, dünyada dinlər arasında anlaşma mühitinin formalaşdırılması sahəsində mühüm addımlar atdığını vurğulayıb, səmimi salam-dualarını və xoş arzularını Əhməd ət-Tayyib həzrətlərinə çatdırmağı xahiş edib.
QMİ sədri bildirib ki, özünün də üzv olduğu bu nüfuzlu təşkilatın bir neçə ay öncə keçirilən illik toplantısında qurumun gələcək fəaliyyət istiqamətlərini müəyyən edən vacib qərarlar qəbul olunub.
Bu ilin fevralında Bəhreyn Krallığının paytaxtı Manamada “Bir ümmət, bir tale” şüarı ilə düzənlənən İslamdaxili Dialoq Konfransını xatırladan şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Müsəlman Ağsaqqalları Şurasının da təşkilatçılardan biri olduğu həmin tədbirdə Azərbaycandakı dini tolerantlıq mühiti, məzhəblərarası anlaşma sahəsindəki müsbət təcrübəsi bir nümunəvi model kimi təqdir edilib. Şeyxülislamın sözlərinə görə, bu, Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə əsasını qoyduğu din-dövlət münasibətlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin beynəlxalq aləmdə təqdirinin daha bir bariz nümunəsidir.
Şeyxülislam qeyd edib ki, gələn il Müsəlman Ağsaqqalları Şurasının Bakıda Zirvə toplantısı keçiriləcək və bu, Azərbaycanın dinlər və mədəniyyətlərarası anlaşmaya, məzhəblər arasında dialoqa necə böyük önəm verməsinin təzahürüdür.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam təşkilatın rəhbəri, Əl-Əzhəri Şərifin Şeyxi, Böyük İmam Əhməd ət-Tayyibin salamlarını Allahşükür Paşazadəyə çatdırmaqdan məmnunluğunu ifadə edib. Öz dəyərli məsləhətləri ilə qurumun fəaliyyətinə töhfə verdiyini görə şeyxülislama təşəkkürlərini bildirib.
Yeni seçilən Roma Papası XIV Leo ilə görüşü barədə danışan Baş katib təmsil etdiyi təşkilatla Katolik Kilsəsi arasında əlaqələrin bundan sonra da davam etdiriləcəyinə inamını ifadə edib. Onun sözlərinə görə, Roma Papası XIV Leo ilə Müsəlman Ağsaqqalları Şurası üzvlərinin yaxın vaxtlarda Vatikanda görüşü planlaşdırılır. Şeyxülislam Allahşükür Paşazadənin də iştirak edəcəyi həmin görüş dünyada dinlər arasında anlaşmanın davamlılığı üçün mühüm addım ola bilər.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirə aparılıb.







Oxşar -Yeniinfo.az
Ağdama daha 110 ailə yola salındı
Qaradağda torpaq uçqunu nəticəsində bir nəfər ölüb, bir nəfər xilas edilib
Qızılın qiymətli 4700 dollardan aşağı enib
Bakıda mənzildən meyit tapılıb
ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
Sinif yoldaşının yandırdığı şagirdin durumu açıqlandı
Tıxac səngimir: sürücülər saatlarla yollarda
Rayonlarda sənədsiz tikililərin söküntüsünə başlanıldı