Gənclər və İdman Nazirliyi 2025-ci ilin ən yaxşılarını açıqlayıb
Gənclər və İdman Nazirliyi 2025-ci ilin ən yaxşılarını açıqlayıb
Gənclər və İdman Nazirliyi ilin idman yekunları ilə bağlı qala mərasimi keçirib.
Tədbirə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri qatılıblar.
Qala mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ümummilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənclər və idman naziri Fərid Qayıbov 2025-ci ilin Azərbaycan idmanı üçün kifayət qədər uğurlu keçdiyini qeyd edib. Nazir il ərzində 2 113 medalın qazanıldığını, bunun 30 faizinin qızıl əyarlı olduğunu bildirib. Bu isə Azərbaycan idmanı tarixində rekord göstəricidir. Nazir bu nailiyyətlərin Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı nəticəsində əldə olunduğunu vurğulayıb.
Daha sonra 4 nominasiya üzrə xüsusi mükafatlar təqdim olunub. Deflimpiya Oyunlarının gümüş mükafatçısı Coşqun Əliyev (cüdo, 60 kiloqram), boks üzrə dünya çempionu Sübhan Mamedov (50 kiloqram), Azərbaycan Atçılıq Federasiyası və cüdo üzrə qarışıq komanda xüsusi mükafata layiq görülüb.
2025-ci ilin idman yekunları barədə hesabat videoçarxı təqdim edildikdən sonra federasiyalar, idman jurnalistləri arasında və sosial mediada aparılmış sorğu əsasında müəyyənləşmiş müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılması mərasimi olub.
Mərasimdə ilin ən yaxşı idman fotoqrafları, media qurumları və idman jurnalistləri də açıqlanıb.







Oxşar -Yeniinfo.az
Şəhid Seyyid Rəşadın Əziz Xatirəsi Anıldı
Yandırılan məktəblinin son durumu açıqlandı
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filial açır
Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycandadır
Ağcabədidə ağır qəza: ölən var
Bakıda bu küçə və prospektlər təmir edildi
Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək
Hər gün yumurta yemək olarmı?