"Haber Global": Qəzaya uğrayan təyyarədə "F-16"ların ehtiyat hissələri və texniki heyət olub
"Haber Global": Qəzaya uğrayan təyyarədə "F-16"ların ehtiyat hissələri və texniki heyət olub
Azərbaycandan Türkiyəyə gedən "C-130" hərbi yük təyyarəsi Gürcüstan sərhədi yaxınlığında qəzaya uğrayıb və 20 türk əsgəri həlak olub.
Göyərtədəki heyət üzvlərinin noyabrın 8-də hərbi paradda iştirak edən Türkiyənin "F-16" təyyarələrinin texniki işçiləri olduğu məlum olub. Bəs yük təyyarəsi nə daşıyırdı?
Heyət təyyarəyə minməzdən əvvəl hava limanının təhlükəsizlik qaydalarına uyğun olaraq bütün prosedurları yerinə yetirib.
Təyyarə Gəncə hava limanında təxminən iki saat gözləyib. Bu müddət ərzində heyət göyərtədən və ya hava limanı ərazisindən çıxmayıb və təyyarəyə heç bir xarici müdaxilə və ya yaxınlaşma aşkar edilməyib.
Təyyarənin yalnız "F-16" qırıcılarının ehtiyat hissələri daşıdığı bildirilir. İlkin araşdırmalar heç bir partlayıcı qurğunun tapılmadığını və təyyarənin göyərtəsinə xarici təsir əlamətlərinin olmadığını göstərir.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..