Hamburq şəhər limanında güclü yanğın baş verib
Hamburq şəhər limanında güclü yanğın baş verib
Hamburq şəhər limanında güclü yanğın baş verib.
Limandakı anbarların birində güclü partlayışdan sonra yanğın başlayıb. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Yanğınsöndürmə xidmətinin məlumatına əsasən, yanğına anbarın içərisində bir avtomobilin alovlanması səbəb olub. Hadisə nəticəsində anbara xeyli ziyan dəyib.
Yanğının fəsadları nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb. Partlayışın təsiri nəticəsində dağıntıların qalıqlarının bir hissəsi yaxınlıqdakı magistrala düşüb. Buna görə də yol hər iki istiqamətdə bağlanıb. Hamburq polisi X sosial şəbəkəsində yaydığı açıqlamada sürücülərə ərazini tərk etməyi tövsiyə edib.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..