Heqset Trampa İranla bağlı yalan danışırmış
Heqset Trampa İranla bağlı yalan danışırmış
Pentaqon rəhbəri Pit Heqset ABŞ Prezidenti Donald Trampa İrandakı döyüşlərdə Amerika qüvvələrinin üstünlüyü barədə yalan informasiya verir.
Axar.az Yeni info.az xəbər verir ki, bu barədə "Vaşington Post" qəzetinin məlumatında deyilir.
Ağ Evin adı açıqlanmayan rəsmisi jurnalistlərə bildirib ki, Heqset prezidentə yalan danışır və nəticədə prezident yanlış məlumat yayır.
Nəşr amerikalı pilotların xilasetmə əməliyyatını misal gətirir: bu əməliyyat Heqsetin hava üstünlüyü iddialarına baxmayaraq, Tehranın ABŞ hərbi personalını təhdid etməyə qadir olduğunu nümayiş etdirib.
Məqalədə həmçinin Heqsetin İran səmasına tam nəzarətin əldə edilməsi ilə bağlı son həftələrdə təqdim etdiyi statistika da şübhə altına alınıb.
"Heqset həftələrdir İranın hava hücumundan müdafiə sistemlərinin olmadığını və ABŞ-ın hava hücumlarına qarşı heç nə edə bilməyəcəyini iddia etsə də, Tramp bazar ertəsi günü Ağ Evdə keçirdiyi mətbuat konfransında daşına bilən raketin F-15 təyyarəsini vurduğunu etiraf etdi", - deyə məqalədə bildirilib.







Oxşar -Yeniinfo.az
Ən çox pambıq harada istehsal olunur?
ABŞ ilə İran yenidən görüşür - hər şey sülhə doğru gedir
ABŞ-ın bu addımı cinayət və təcavüzdür - Rusiya
Atəşkəs fırtınadan öncəki səssizlikdir - Ekspert
Rusiya Arktikanın bu ərazisini bağlayır - Xəbərdarlıq edildi
Helikopter qəzaya uğradı: bütün sərnişinlər öldü
Rusiya PUA-sı Rumıniyanın hava məkanına daxil oldu
Məmdani Nyu Yorku məhv edir - Tramp