"Heydər" məscidinin imamları Almaniyada Tomas Raxel ilə görüşüb.
"Heydər" məscidinin imamları Almaniyada Tomas Raxel ilə görüşüb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərliyi ilə "Heydər" məscidinin imamları Hacı Rüfət Qarayev və Hacı Hafiz Abbasov iyunun 25-də Almaniya Federal Hökumətinin Dini Azadlıq üzrə Komissarı Tomas Raxel ilə görüşüb.
Görüş zamanı Azərbaycan ilə Almaniya arasında dinlərarası dialoq və qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Komitə sədri ölkəmizdə dövlət-din münasibətləri, dini tolerantlıq və multikulturalizm ənənələri barədə ətraflı məlumat verib. Azərbaycanın müxtəlif dinlərin və etnik qrupların sülh şəraitində birgəyaşayışına önəm verdiyini vurğulayıb və bu sahədə dövlət siyasətinin əsas istiqamətləri haqqında danışıb. Bildirib ki, ölkəmiz vicdan azadlığının və multikultural mühitin təmin edilməsinə, yüzilliklər ərzində formalaşmış tolerantlıq ənənələrinin, eləcə də tarixi-dini abidələrin bərpasına və qorunmasına xüsusi diqqət və həssaslıqla yanaşır.
Almaniya Federal Hökumətinin Dini Azadlıq üzrə Komissarı Tomas Raxel Azərbaycanda dini müxtəlifliyə və dinlərarası harmoniyaya göstərilən diqqətin yüksək qiymətləndirildiyini bildirib. Almaniya ilə Azərbaycan arasında bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində hər iki ölkənin maraqlı olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.







Oxşar -Yeniinfo.az
Ağdama daha 110 ailə yola salındı
Qaradağda torpaq uçqunu nəticəsində bir nəfər ölüb, bir nəfər xilas edilib
Qızılın qiymətli 4700 dollardan aşağı enib
Bakıda mənzildən meyit tapılıb
ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
Sinif yoldaşının yandırdığı şagirdin durumu açıqlandı
Tıxac səngimir: sürücülər saatlarla yollarda
Rayonlarda sənədsiz tikililərin söküntüsünə başlanıldı