Hindistan hesabat tələb edir: Rusiyadan neft alışı azaldılır
Hindistan hesabat tələb edir: Rusiyadan neft alışı azaldılır
Hindistan neft emalı zavodlarından hər həftə Rusiya və ABŞ-dan neft alışları barədə hesabat vermələrini tələb edir.
Bu barədə “Röyters” Hindistan hökumətindəki mənbəyə istinadla məlumat yayıb.
Agentliyin mənbələrinə görə, tələb Hindistan Neft Nazirliyinin Neft Planlaşdırma və Təhlil Bölməsindən (PPAC) gəlib.
Bildirilib ki, bu məlumatlar Baş nazir Narendra Modinin ofisi üçün vacibdir:
“Rusiya və ABŞ-dan neft idxalı ilə bağlı vaxtında və dəqiq məlumatlara ehtiyacımız var ki, Vaşinqton məlumat tələb etdikdə, ikinci dərəcəli mənbələrə etibar etmək əvəzinə, təsdiqlənmiş rəqəmlər təqdim edə bilək”.
Mənbənin sözlərinə görə, yaxın aylarda Hindistan Rusiyadan neft idxalını azaldacaq və bu, sutkada 1 milyon barreldən az olacaq.







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf