Hindistan və ABŞ Yerin dəyişən səthinin xəritəsini təfərrüatlı şəkildə göstərən NISAR peykini orbitə buraxıblar.
Hindistan və ABŞ Yerin dəyişən səthinin xəritəsini təfərrüatlı şəkildə göstərən NISAR peykini orbitə buraxıblar
Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) və ABŞ Kosmik Agentliyi NASA çərşənbə günü Yerin dəyişən səthinin xəritəsini təfərrüatlı şəkildə göstərən NISAR peykini orbitə buraxıblar.
Bu haqda NASA məlumat yayıb.
“NISAR peyki Yerin dinamik, üçölçülü xəritəsini görünməmiş detallarla çəkəcək təkmilləşdirilmiş radar sistemi ilə təchiz edilərək Hindistanın Andra Pradeş ştatındakı Satiş Davan Kosmik Mərkəzindən orbitə çıxarılıb”, - deyə agentliyin press-relizində deyilir.
Məlumata görə, peyk quruda və buzda yerdəyişmələri santimetr səviyyəsində dəqiqliklə qeyd etməyə qadirdir.
Onun topladığı məlumatlar müxtəlif sahələrdə, o cümlədən fəlakətlərə reaksiya, infrastrukturun monitorinqi və kənd təsərrüfatında istifadə oluna bilər.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..