Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Kremlin Baltikyanı ölkələrlə bağlı qərarları bəzən gözlənilməz və irrasional ola bilər.
Axar.az Yeni info.az xəbər verir ki, bunu Estoniya Müdafiə Qüvvələrinin kəşfiyyat mərkəzinin rəhbəri, polkovnik Ants Kiviselq bildirib.
Kiviselqin sözlərinə görə, hazırda Rusiyanın Baltikyanı ölkələrə və ya ümumilikdə NATO-ya hücum edə biləcəyi ilə bağlı təhlükə yoxdur. Bununla belə, Rusiyada səfərbərlik davam edir. Onun fikrincə, bu, əsasən Ukraynada hücum tempini saxlamaq üçün lazımdır, çünki Rusiya hədəflərinə nail olmayıb:
“Hazırkı tempi yalnız məhkumlar və müqaviləli hərbçilər hesabına uzun müddət saxlamaq mümkün deyil. Kulminasiya nöqtəsinə çatılıb: əgər onlar hücumun miqyasını qorumaq istəyirlərsə, səfərbərlik qaçılmaz olur”, – deyə Kiviselq söyləyib.
Hücum hazırlığına dair göstəricilər olmasa da, Kiviselq vurğulayıb ki, Rusiya rəhbərliyi bəzən gözlənilməz və irrasional qərarlar qəbul edir:
“Rasional yanaşsaq, Rusiya üçün başqa bir regionda yeni cəbhə açmağın heç bir mənası yoxdur. Amma biz görmüşük ki, Rusiya hər zaman rasional davranmır və strateji səhvlərə yol verə bilər”.
Qeyd edək ki, daha öncə Estoniya Rusiyanın Baltikyanı ölkələrə qarşı yeni cəbhə açmağa hazırlaşdığına dair hər hansı dəlil olmadığı məlumatını yayıb.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..