Həcc üçün qeydiyyat yenə uzadıldı
Həcc üçün qeydiyyat yenə uzadıldı
Həcc ziyarəti üçün kvotanın 90 faizindən çoxu tamamlanıb.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
Bildirilib ki, sənəd qəbulu QMİ tərəfindən bayramdan sonra da davam etdiriləcək.
Qeyd edilib ki, Həcc niyyətli olan vətəndaşlarımızdan yubanmadan gəlib qeydiyyata alınmaqları xahiş edilir.
Bütün ölkələrdə müşahidə edilən qiymət artımları, habelə, Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları tərəfindən yeni xidmətlərin təqdim edilməsi ilə əlaqədar olaraq QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6100 ABŞ dolları (10 370 manat) müəyyən edib.
Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Tələb olunan sənədlər:
1) Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
2) Şəxsiyyət vəsiqəsinin surəti;
3) 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4) Sağlamlıq haqqında arayış.
Məlumat üçün bildirək ki, Həcc ziyarətinə getmək istəyənlərin sənəd qəbulu 22 oktyabr 2025-ci il tarixindən etibarən başlayıb.







Oxşar -Yeniinfo.az
Ali Məhkəmədən alqı-satqı müqavilələri ilə bağlı vacib açıqlama
İlham Əliyev Əhməd Əl Şaraa ilə görüşdü
Sarımsağı bu cür saxlamaq lazımdır - 2 il təzə qalacaq
Bakıdan Kürdəmirə rəmzi qatar yola düşdü
Maşın bazarında böyük azalma var
İlham Əliyev və Şahbaz Şərif Türkiyəyə gedirlər
Qəbul imtahanlarının 2-ci mərhələsinin 1-ci cəhdinə qeydiyyat başladı
Overçuk Azərbaycana gəldi