IDEA İctimai Birliyi Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirib
IDEA İctimai Birliyi Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirib
İyunun 11-də IDEA İctimai Birliyinin təşəbbüsü ilə dəniz mövsümünün başlanması ərəfəsində Bilgəh qəsəbəsində yerləşən ictimai çimərlikdə sahilyanı təmizlik aksiyası təşkil olunub.
Bildirilib ki, “Sahillər təmiz qalsın!” şüarı altında keçirilən aksiyada 50 IDEA könüllüsü iştirak edib. Aksiya zamanı 2 tona yaxın tullantı toplanaraq Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.
Aksiyanın əsas məqsədi vətəndaşlar arasında sahilyanı ərazilərdə təmizlik qaydalarına əməl olunmasını təşviq etmək, dənizkənarı ərazilərin məişət tullantıları ilə çirkləndirilməsinin qarşısını almaq və ictimaiyyəti Xəzər dənizi və ətraf mühitin mühafizəsi istiqamətində səfərbər etməkdir.
Qeyd edək ki, Xəzər dənizinin və Qafqaz regionunun digər su hövzələrinin unikal biomüxtəlifliyinin mühafizəsi məqsədilə IDEA çirkləndirilmiş sahilyanı ərazilərin təmizlənməsinə və bərpasına yönəlmiş müntəzəm tədbirlər təşkil edir.
IDEA İctimai Birliyi dəniz mövsümünün başlanması ərəfəsində vətəndaşları çimərliklərdə istirahət edərkən ətraf mühitin mühafizəsinə həssas yanaşmağa, sahilləri təmiz saxlamağa, tullantıları ətrafa atmamaqla məsuliyyətli davranış sərgiləməyə və yaranmış tullantıları özü ilə aparmağa çağırır.







Oxşar -Yeniinfo.az
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın
Sosial mənzillərlə bağlı kimlər yenidən müraciət edə bilər?
Azərbaycan Ukraynadan məhsul idxalını artırdı
5 ədəd badam yeyib, sonra idman et – Sirr
0Çin maşınlarına maraq niyə azalıb? - Ekspert
Kürə görə ezam olunmuşdu, qəza törətdi: 1 ölü, 4 yaralı
XİN-də işləmək istəyənlərin nəzərinə: Qeydiyyatda yenilik...
Ağdama daha 110 ailə yola salındı