İlham Əliyev: “Sən mütləq general olacaqsan!..”
“Sən mütləq general olacaqsan!..”
Bu gün Prezident İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşüb və onlarla söhbət edib.
Dövlət başçısı ilə hərbi forma geyinmiş azyaşlının görüntüləri maraqla qarşılanıb.
Görüşdə sözügedən uşağın da iştirakı ilə aparılmış dialoqu təqdim edirik:
Prezident İlham Əliyev: Birinci gələnlərdənsiniz, elədimi?
Sakin: Bəli, birinci gələnlərdənik.
Sakin: Olar, bəlkə bizim evdə bir şəkil çəkdirək?
Prezident İlham Əliyev: Olar, çəkdirək.
Sakin: Cənab Prezident, bu da xüsusi təyinatlıdır.
Prezident İlham Əliyev: Ay maşallah, ay maşallah. Neçə yaşı var?
Sakin: Beş.
Prezident İlham Əliyev: Maşallah. Rütbəsi də var.
Sakin: Bəli, bəli.
Prezident İlham Əliyev: Rütbəni kim verib sənə, özün? Sən mütləq general olacaqsan. Necə yaşayırsınız?
Sakinlər: Çox şükür, yaxşı. Hər şey yaxşıdır. Gözəl havası, gözəl suyu.
Sakin: Biz elə birinci köçənlərdənik, o vaxtdan da burada yaşayırıq.
Prezident İlham Əliyev: Bəli, birinci köçənlərdən.







Oxşar -Yeniinfo.az
Ağdama daha 110 ailə yola salındı
Qaradağda torpaq uçqunu nəticəsində bir nəfər ölüb, bir nəfər xilas edilib
Qızılın qiymətli 4700 dollardan aşağı enib
Bakıda mənzildən meyit tapılıb
ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
Sinif yoldaşının yandırdığı şagirdin durumu açıqlandı
Tıxac səngimir: sürücülər saatlarla yollarda
Rayonlarda sənədsiz tikililərin söküntüsünə başlanıldı