İran Hörmüzlə bağlı şərtlərini açıqladı
İran Hörmüzlə bağlı şərtlərini açıqladı
Hörmüz boğazı İranın düşmənlərindən başqa hamı üçün açıqdır.
Bunu İranın Beynəlxalq Dəniz Təşkilatındakı (BDT) daimi nümayəndəsi Əli Musəvi deyib.
"Hörmüz boğazından gəmilərin keçidi təhlükəsizlik və mühafizə tədbirlərinin koordinasiyası ilə mümkündür. Beynəlxalq öhdəliklər İranın ərazi bütövlüyü və hüquqlarına hörmətlə müşayiət olunmalıdır.
Hörmüz boğazında gəmilərin və heyətlərin təhlükəsizliyi İran rəsmiləri ilə koordinasiyalı həyata keçirilməlidir.
İran dəniz təhlükəsizliyinin artırılması, dənizçilərin qorunması üçün BDT və üzv ölkələrlə əməkdaşlığa hazırdır. Diplomatiya İranın prioriteti olaraq qalır, lakin hücumların tamamilə dayandırılması və qarşılıqlı etimad daha zəruridir", - Musəvi bildirib.







Oxşar -Yeniinfo.az
Ən çox pambıq harada istehsal olunur?
ABŞ ilə İran yenidən görüşür - hər şey sülhə doğru gedir
ABŞ-ın bu addımı cinayət və təcavüzdür - Rusiya
Atəşkəs fırtınadan öncəki səssizlikdir - Ekspert
Rusiya Arktikanın bu ərazisini bağlayır - Xəbərdarlıq edildi
Helikopter qəzaya uğradı: bütün sərnişinlər öldü
Rusiya PUA-sı Rumıniyanın hava məkanına daxil oldu
Məmdani Nyu Yorku məhv edir - Tramp