İran İordaniyada ABŞ-ın 500 milyon dollarlıq radar sisteminə dronla zərbə endirib
İran İordaniyada ABŞ-ın 500 milyon dollarlıq radar sisteminə dronla zərbə endirib
İran ABŞ-ın hava qüvvələrinin İordaniyadakı "Muaffak Salti" hərbi aviabazasındakı THAAD raket əleyhinə müdafiə radarına pilotsuz uçuş aparatı ilə zərbə endirib.
Bu barədə “The Wall Street Journal” qəzeti Amerika rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ zədələnmiş avadanlığı əvəz etmək üçün tələsik addımlar atır.
Bildirilir ki, radarın qiyməti təxminən 500 milyon dollar təşkil edir.
Qeyd olunur ki, İranla hərbi əməliyyatların ilk günündən etibarən Əmmandan təxminən 100 km məsafədə yerləşən ABŞ bazası Tehranın zərbələrinin hədəfi olub.







Oxşar -Yeniinfo.az
Moskva və Vaşinqton münasibətləri normallaşdırmaqdan uzaqdırlar
Bu ölkədə güclü zəlzələ oldu
ABŞ-la İran arasında nə baş verir? - Türkiyədən açıqlama
Rusiya Lukaşenkonu razı salsa, ordu hücuma keçəcək
İran hərbi əməliyyata başlaya bilər - Qalibaf
Rusiya bizim üçün bütün silahlarından istifadə edəcək
İran hərbi potensialını saxlayır - KİV
Tramp Xarkı ələ keçirməkdən buna görə imtina edibmiş