İran Küveytin neft zavodu vurdu
İran Küveytin neft zavodu vurdu
İran cümə günü səhər saatlarında dronlar vasitəsilə Küveytin “Mina əl-Əhmədi” neft emalı zavoduna və onun ixrac mərkəzinə hücum edib.
Küveytin KUNA dövlət xəbər agentliyinin məlumatına görə, hücumlardan sonra paytaxtdan 45 kilometr cənubda yerləşən zavodda yanğın baş verib.
Ərəb ölkəsinin Müdafiə Nazirliyi bildirib ki, hava hücumundan müdafiə qüvvələri hazırda İranın ballistik raket və dron hücumlarını dəf edir.
Xatırladaq ki, bu, İranın “Mina əl-Əhmədi” neft emalı zavoduna ilk hücumu deyil. Martın 20-də qeydə alınan öncəki hücum nəticəsində zavodun bəzi bölmələrinə ciddi zərər dəymişdi







Oxşar -Yeniinfo.az
Ən çox pambıq harada istehsal olunur?
ABŞ ilə İran yenidən görüşür - hər şey sülhə doğru gedir
ABŞ-ın bu addımı cinayət və təcavüzdür - Rusiya
Atəşkəs fırtınadan öncəki səssizlikdir - Ekspert
Rusiya Arktikanın bu ərazisini bağlayır - Xəbərdarlıq edildi
Helikopter qəzaya uğradı: bütün sərnişinlər öldü
Rusiya PUA-sı Rumıniyanın hava məkanına daxil oldu
Məmdani Nyu Yorku məhv edir - Tramp