İran uranı Rusiyaya verməyə hazırdır - VSJ
İran uranı Rusiyaya verməyə hazırdır - VSJ
İran nümayəndə heyəti ABŞ-la danışıqlarda uran zənginləşdirməsini dayandırmağa, ehtiyatlarının bir hissəsini Rusiya və ya başqa bir ölkəyə köçürməyə və Amerika tərəfi ilə işgüzar münasibətlər qurmağa hazır olduğunu bildirib.
Bu barədə "Voll Strit Jurnal" (VSJ) qəzeti İran və Amerika diplomatik mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Tehran uranın zənginləşdirilməsini üç ilə qədər dayandırmağa hazır olduğunu bildirib.
Qeyd edək ki, Cenevrədə İran və Amerika nümayəndə heyətləri arasında görüş baş tutub.
İran nümayəndələri həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ilə də müzakirə aparıblar.







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf