İran və Atom Enerjisi nümayəndələri əməkdaşlıq çərçivələrini müzakirə edəcəklər
İran və Atom Enerjisi nümayəndələri əməkdaşlıq çərçivələrini müzakirə edəcəklər
İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin nümayəndələri əməkdaşlıq çərçivələrini müzakirə edəcəklər.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Tehran” telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, AEBA baş direktoru müavininin İrana gözlənilən səfəri zamanı tərəflər mümkün əməkdaşlığın istiqamətlərini nəzərdən keçirəcək.
“Səfərin əsas məqsədi parlamentin qəbul etdiyi yeni qanunu nəzərə alaraq, İranın AEBA ilə dinc nüvə sahəsində əməkdaşlığı necə davam etdirə biləcəyini müzakirə etməkdir. Danışıqlar zamanı həmçinin agentliyin yoxlamalar üçün müraciət qaydaları, bu müraciətlərin Ali Milli Təhlükəsizlik Şurasında baxılması prosesi və onlara necə cavab veriləcəyi də gündəmdə olacaq,” – deyə nazir vurğulayıb.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..