İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
Ötən gecə İranın Tehran şəhərinin Ekbatan rayonunda molla rejimindən narazı olan insanlar yenidən küçələrə çıxaraq, hökumət əleyhinə şüarlar səsləndiriblər.Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Tehranın müxtəlif rayonlarında etirazçılar rejimə meydan oxuyurlar.
Tonekabon şəhərində etirazçılar İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat idarəsinin zabitini döyüblər.
Şirazda insanlar yolları bağlayaraq, "Bu il qan ilidir, Seyid Əli devrilməlidir" şüarları səsləndirvəziyyətdən narazılıqlarını ifadə ediblər.
Eyni zamanda, "Time" jurnalı iranlı həkimə istinadən bildirib ki, Tehranda etirazların yatırılması zamanı aksiyaçılara açılan atəş nəticəsində ölənlərin sayı 200-ü keçib.
Məlumata görə, İran rejiminin qüvvələri etirazçılara birbaşa atəş açıblar və bu da paytaxtda kütləvi qətl dalğasına səbəb olub. Bu rəqəmlər bir daha İrandakı zorakılığın və humanitar böhranın miqyasını nümayiş etdirir.







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf