İranın “1 dollar” arzusu: buna imkan verilməyəcək!
İranın “1 dollar” arzusu: buna imkan verilməyəcək!
İranın neft daşıyan gəmilərə Hörmüzdən keçmək üçün hər barrel üçün 1 dollar ödəniş tətbiq etmək istədiyi bildirildi. Bu isə faktiki olaraq milyonlarla dollar rüsum deməkdir. Lakin bu, daha çox İranın arzusu kimi görünür və belə bir addımın reallaşması mümkün deyil.
Bu sözləri açıqlamasında iqtisadçı Natiq Cəfərli Hörmüz boğazı ətrafında yaranan gərginlik və rüsum məsələsindən danışarkən deyib.
Ekspert bildirib ki, bu cür addımlar beynəlxalq dəniz hüququnun kobud şəkildə pozulması deməkdir və heç bir böyük güc İrana belə imkan verməyəcək:
“Hörmüz boğazı İranın ərazi suları deyil. Burada Oman və BƏƏ-nin də ərazi suları var. Əgər gəmilər alternativ olaraq digər ölkələrin sularından keçərsə, İran nə edəcək – onlara atəş açacaq? Bu, mümkün deyil.
Əgər İran bu mövqedə israr etsə, əksinə, alternativ marşrutların yaranması sürətlənə bilər. Belə olan halda enerji və yük daşımaları üçün yeni yollar axtarılacaq. Bu isə uzunmüddətli perspektivdə İranın öz maraqlarına ziddir.
Hazırkı vəziyyətdə bu məsələ böyük ehtimalla danışıqlar masasında əsas müzakirə mövzularından birinə çevriləcək və nəticədə kompromis həll yolu tapılacaq”.







Oxşar -Yeniinfo.az
Ən çox pambıq harada istehsal olunur?
ABŞ ilə İran yenidən görüşür - hər şey sülhə doğru gedir
ABŞ-ın bu addımı cinayət və təcavüzdür - Rusiya
Atəşkəs fırtınadan öncəki səssizlikdir - Ekspert
Rusiya Arktikanın bu ərazisini bağlayır - Xəbərdarlıq edildi
Helikopter qəzaya uğradı: bütün sərnişinlər öldü
Rusiya PUA-sı Rumıniyanın hava məkanına daxil oldu
Məmdani Nyu Yorku məhv edir - Tramp